Leyla Əliyeva sərgidə – Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə qurumun sosial müəssisələrinin sakinlərinin, əsasən sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Bahar sevincləri” adlı sərgisi və konsert proqramı təşkil olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Nazir Sahil Babayev bu cür sərgilərin nazirlik tərəfindən son bir il ərzində artıq 3-cü dəfədir ki, keçirildiyini bildirib.

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin əl işlərindən ibarət sərgiyə baxıb.

Rəssamlıq, bədii oyma, toxuculuq növləri üzrə təqdim olunan əl işlərində onların müəlliflərinin həyata nikbin baxışları, arzu və düşüncələri, Vətənə sevgi hissləri, Azərbaycan təbiətinin gözəllikləri, zəngin milli-mənəvi dəyərlərimiz ifadə olunub.

Fotolar: Pərvin Zeynal








İstinadlar Qafqazinfo

Leyla Əliyeva sərgidə – Fotolar

Fevralın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində “Alfons Muxa: gözəllik axtarışında” adlı sərgi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Sərgidə tanınmış rəssam, illüstrator və dizayner Alfons Muxanın bədii fəlsəfəsinin əsasını təşkil edən gözəllik mövzusunda əsərləri təqdim edilir.

Sərgidə Alfons Muxanın 80-dən çox əsəri – rəsmləri, fotoları, afişa və plakatları nümayiş olunur.

“Art Nuvo” (Yeni incəsənət) üslubunun məşhur nümayəndələrindən olan Alfons Muxa (1860–1939) Cənubi Moraviyada (Çexiya) doğulub, 1890-cı illərin sonlarında Parisdə teatr və reklam afişaları, dekorativ lövhələrin dizaynı ilə məşhurlaşıb.

Alfons Muxa 1894-cü ildə tanınmış aktrisa Sara Bernarın rol aldığı “Jismonda” tamaşası üçün afişa dizayn edib və bu iş ona uğur gətirib. Altı il Sara Bernarla səhnə, kostyum, afişa tərtibatı sahəsində əməkdaşlıq edən rəssam Fransanın “Şampenua” nəşriyyatı ilə eksklüziv müqavilə bağlayıb, müxtəlif məhsulların etiket və reklamlarının müəllifi, həmçinin interyer, zərgərlik məmulatları dizayneri, dekorator kimi şöhrət qazanıb.

Oxumağa dəyər:   Onlar ali məktəbə imtahansız qəbul olunacaq

1906–1910-cu illərdə ABŞ-da yaşamış rəssam orada da görkəmli rəssam-tərtibatçı kimi qəbul olunub, Çikaqo İncəsənət İnstitutunda dərs deyib, Nyu-Yorkda teatrda dekorator kimi fəaliyyət göstərib.

Alfons Muxa 1910-cu ildə, təxminən 25 illik ayrılıqdan sonra vətəni Çexiyaya dönüb. 17 il ərzində çex və slavyan tarixlərini əks etdirən 20 rəsmdən ibarət “Slavyan dastanı” əsərini yaradıb.

Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgidə rəssamın Parisdə ərsəyə gətirdiyi, “Art Nuvo” hərəkatına töhfə verən əsərləri, eləcə də Çexiyaya dönəndən sonrakı yaradıcılığı təqdim olunur.

Ekspozisiyada Alfons Muxanın Sara Bernar üçün hazırladığı və ona şöhrət gətirən “Jismonda” afişası da var.

Sərginin maraqlı eksponatlarından biri isə rəssamın həyat yoldaşı Mariyanın (Maruska) kəlağayıda əks olunan fotosudur. Qeyd edək ki, rəssam məşhur “Səhrada qadın” əsərini həmin şəkil əsasında yaradıb. Rəngli çəkilən əsərdə əsas diqqət kəlağayıya yönləndirilib və baş örtüyünün naxışları çox dəqiq təsvir edilib.

Oxumağa dəyər:   "BBC"nin ilk qadın diktoru öldü

Sərgi Heydər Əliyev Mərkəzində mayın 16-dək nümayiş olunacaq.

 






İstinadlar AzərTac, Qafqazinfo

Leyla Əliyeva sərgidə – Fotolar

Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisinin açılış mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov başa çatmaqda olan 2016-cı ilin də Mərkəz üçün çoxsaylı tədbirlərlə yadda qaldığını bildirib. O, vurğulayıb ki, bu gün “Kukla incəsənətdə” sərgisində təqdim edilən kolleksiya 10 il ərzində Heydər Əliyev Fondu tərəfindən toplanıb.

Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, Ümumrusiya Rəssamlar İttifaqının bədii kukla bölməsinin sədr müavini, kuklaçı rəssam Aleksandra Xudyakova da çıxış edib: “İlk dəfədir ki, bu cür yüksək səviyyədə bədii kukla sərgisini görürəm. Mən bu möhtəşəm tədbirə görə Heydər Əliyev Fonduna, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Sözün doğrusu, kifayət qədər xeyli sayda sərgilər görsəm də, bu cür ekspozisiyanı ilk dəfədir ki, görürəm. Kukla insanın reprezentasiyasının ən qədim formalarından biridir. Kukla heykəltəraşlıq kimi öz başlanğıcını çox qədimdən götürür. Demək olar ki, dünyanın bütün mədəniyyətlərində rəssam kukla yaradıb. Kukla böyük ciddi fenomendir”.

Oxumağa dəyər:   "Atamı ölüm ayağında tapdım" - İsrailə köçən "Bəyin oğurlanması"nın Yasəməni + Foto

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bildirib ki, bu sərgi maraqlı və nadir bayramdır.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

 

Leyla Əliyeva sərgidə -  Fotolar
Leyla Əliyeva sərgidə -  Fotolar
Leyla Əliyeva sərgidə -  Fotolar
Leyla Əliyeva sərgidə -  Fotolar
Leyla Əliyeva sərgidə -  Fotolar
Leyla Əliyeva sərgidə -  Fotolar
Leyla Əliyeva sərgidə -  Fotolar

İstinadlar Azərtac, Qafqazinfo