Rusiya paytaxtında Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi və Rusiya-Azərbaycan Gənclər Birliyi (AMOR) tərəfindən təşkil edilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək, bu hadisələrdən 24 il keçməsinə baxmayaraq, onun yaddaşlarda daha da möhkəmləndiyini bildirib: “Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsidir. Artıq 30 ilə yaxındır ki, bu münaqişə davam edir. Nəticədə 20 faiz torpaqlarımız işğal altınadır, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. İşğal olunmuş ərazilərimizdəki tarixi abidələrimiz məhv edilir. Bu ərazini Azərbaycan mədəniyyəti ilə bağlayan hər şey silinir.

Oxumağa dəyər:   Aleksandr Lukaşenkonun Almaniyaya getməkdən imtina etməsinin səbəbi məlum olub

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həmin insanları yalnız azərbaycanlı olduqlarına görə öldürüblər. Bu yara heç vaxt sağalmayacaq”.

Leyla Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq, son illər bu hadisələrin qlobal səviyyədə tanınması istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunmasını təqdir edib: “Dünya ictimaiyyəti tərəfindən Xocalı soyqırımına ədalətli və hüquqi qiymət verilməlidir. Günahkarlar cəzalandırılmalıdır. Biz inanırıq ki, dünya ictimaiyyəti bu faciəvi hadisəni qulaqardına vurmayacaq. Artıq 24 ildir ki, biz bu soyqırımı barədə danışırıq. Bizim səsimiz ən yüksək tribunalardan eşidilib. Bugünkü gündə ABŞ-ın 10-dan çox ştatının senatı və bir sıra ölkələrin- Kanada, Meksika, Kolumbiya, Pakistan, Peru, Serbiya, Bosniya və Hersoqaviniya, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama və Hondurasın qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. 2008-ci ildə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına başladıq. Bizim məqsədimiz dünya ictimaiyyətinin nəzərinə bu faciə haqqında həqiqətləri çatdırmaqdır. Belə faciənin bir daha təkrarlanmaması üçün əlimizdən gələni əsirgəməməliyik. Bu gün “Xocalıya ədalət” beynəlxalq kampaniyasını 115 təşkilat, 120 mindən çox insan dəstəkləyir. Hesab edirəm ki, vaxt keçdikcə, bu insanların sayı daha da artacaq. Daha çox ölkələr bu soyqırımı tanıyacaqlar. Dünyada belə qəddar cinayət və zorakılığa yer olmamalıdır.  Biz bu istiqamətdə fəaliyyətimizi dayandırmayacağıq və Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda davam edəcəyik”.

Oxumağa dəyər:   İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Leyla Əliyeva Xocalı faciəsinin hər zaman yaddaşlarda qalacağını qeyd edib: “Səmimi qəlbdən inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Ata-baba yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimiz öz evlərinə qayıdacaqlar”.

Tədbirdə çıxış edən Rusiya Yazıçılar Birliyinin üzvü, tanınmış alim Yuri Pompeyev bildirib ki, 366-cı alayın Həmin facioədə iştirak etməsi Rusiya adına utancvericidir. Lakin həmin vaxt bu alayı millətçi nasist qüvvələr idarə  edirdi. Serj Sarkisyan o zaman müdafiə nazirinin müavini idi və eyni zamanda da “Dağlıq Qarabağ müdafiə döyüşüçüləri”nə başçılıq edirdi. Bu gün burada sərgilənən şəkillərdə tanklar əks olunub. Bu tanklar 366-cı alayın tanklarıdır və Rusiya Silahlı Qüvvələrinə məxsusudur. Bu çox utancvericidir. Bu hal Rusiya vətəndaşlarının diqqətinə çatdırılmalıdır. Mən çalışacam ki, bunu edim”.

Tədbirdə azərbaycanlı və rusiyalı rəssamların Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi də təşkil olunub.

Oxumağa dəyər:   Qadını "Mercedes"lə vurub öldürdü

l002