Leyla Əliyeva film təqdimatında – Fotolar

Bakı Konqres Mərkəzində IDEA İctimai Birliyinin milli parklar haqqında sənədli filmlər silsiləsindən ibarət xüsusi layihəsi çərçivəsində çəkilmiş “Şahdağ. Dağların şahı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Ekran əsərinin təqdimatından əvvəl qonaqlar “Şahdağ. Dağların şahı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olublar.

Sonra yeni yaradılmış Qızılağac Milli Parkından bəhs edən və hazırda çəkilişləri davam edən yeni filmdən kadrlar göstərilib.

Mərasimdə çıxış edən İqor Bışnyov “Şahdağ. Dağların şahı” layihəsinin təşəbbüskarı Leyla Əliyevaya təşəkkürünü bildirib, filmin altı il müddətdə davam edən çəkiliş prosesi ilə bağlı təəssüratlarını bölüşüb.

İqor Bışnyov Azərbaycanda ekoturizmin inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Filmdə Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının yaradılmasının məqsədi, burada məskunlaşan və 108-i Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş fauna növləri, endemik və nəsli kəsilməkdə olan digər növlər və transsərhəd köçəri heyvanlar, ərazi üçün xarakterik olan müxtəlif flora növləri, böyük və əzəmətli qalaya bənzərliyi ilə insanı heyrətə gətirən Şahdağın landşaftı, ərazidə mövcud olan qlobal əhəmiyyətli dağ meşələri haqqında bəhs edilir.

Oxumağa dəyər:   "Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi

IDEA-nın sözügedən layihəsi çərçivəsində 2014-cü ildə “Şirvan Milli Parkı”, 2015-ci ildə “Quşlar cənnəti – Ağgöl Milli Parkı” və “Göygöl Milli Parkı”, 2017-ci ildə “Azərbaycan. Ceyranların xilası”, ötən il isə “Abşeron Milli Parkı” sənədli filmləri geniş ictimaiyyətə təqdim olunub. Layihə çərçivəsində ölkəmizin bütün milli parkları haqqında sənədli filmin hazırlanması nəzərdə tutulur.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Şahdağ. Dağların şahı” filmi ölkəmizin ali təhsil müəssisələrində, həmçinin İctimai Birliyin Bakı və Gəncə şəhərlərindəki Resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, “Şahdağ. Dağların şahı” filminin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.

IDEA-nın milli parklarla bağlı sənədli filmlər silsiləsi yaratmağında əsas məqsədi Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.



İstinadlar Qafqazinfo

Leyla Əliyeva film təqdimatında – Fotolar

Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan “Azərbaycanın 9 möcüzəsi” silsiləsindən “Abşeron Milli Parkı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Filmin təqdimatından əvvəl Leyla Əliyeva “Abşeron Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış oldu. Sərgidəki stendlər “Azərbaycanın zirvələri”, “Azərbaycanın faunası”, “Yırtıcı quşlar”, “Su dünyası”, “Azərbaycanın florası”, “Azərbaycanın Qırmızı Kitabı”, “Köçəri quşlar”, “Çəkiliş zamanı” bölmələrini əhatə edir.

Filmin təqdimat mərasimi IDEA Heyvanlara Qayğı Mərkəzi haqqında videoçarxla başlayıb.

Tədbirdə çıxış edən rejissor İqor Bışnyov Heyvanlara Qayğı Mərkəzinin əhəmiyyətindən danışıb, burada hər cür şəraitin yaradıldığını vurğulayıb və Leyla Əliyevaya təşəkkür edib. “Bu və ya digər bu cür 10-20 mərkəz belə daha geniş ərazidə yayılan sahibsiz heyvanlar problemini tam həll edə bilməyəcək. Lakin əsas odur ki, bu Mərkəzin təşkili bizə ətraf mühiti qorumağın vacibliyini xatırladır”, – deyən rejissor bizim özümüzün də təbiətin bir hissəsi olduğumuzu bildirib.

Oxumağa dəyər:   Güclü küləklə bağlı daha bir qurumdan - Xəbərdarlıq

Beş il əvvəl Azərbaycana Novruz bayramı ərəfəsində gəldiklərini söyləyən İqor Bışnyov görülən işlər barədə də məlumat verib. Qeyd edib ki, 5 il ərzində 5 film çəkilib. 

Sonra “Abşeron Milli Parkı” sənədli filmi nümayiş etdirilib. Film Azərbaycanda ən gənc milli park haqqındadır. 2005-ci ildə yaradılmış bu park Bakının təxminən 60 kilometrliyində yerləşir. Ərazisi böyük olmasa da, parkın özünəməxsus xüsusiyyətləri var. Belə ki, buranın zəngin canlı aləmi bir yarımadada cəmləşir. Habelə ərazinin paytaxta yaxın olması buraya gediş-gəlişi asanlaşdırır. Parkın digər xüsusiyyəti isə Xəzər dənizinə yaxın olmasıdır.
“Azərbaycanın 9 möcüzəsi” layihəsinin təşəbbüskarı Leyla Əliyevadır. Layihə çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq.

IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsinin məqsədi ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.

Oxumağa dəyər:   Bu ərəb ölkəsinin müdafiə naziri Azərbaycana qarşı Ermənistana kömək təklif etdi




İstinadlar AzərTac, Qafqazinfo