Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə Fransanın Azərbaycana yeni təyin olunan səfiri Anne Boillon görüşüb.

Bu barədə Leyla Abdullayeva öz tviter səhifəsində yayıb.

“Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Buayon ilə səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə Azərbaycandakı mühüm missiyasında uğurlar arzulayıram”, – o bildirib.

Qeyd edək ki, A. Boillon noyabrın 10-da Azərbaycana səfir təyin edilib.

İstinadlar Qafqazinfo