Xəbər verdiyimiz kimi, Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva kütləvi məzarlıqla bağlı Tvitter hesabında paylaşım edib.

Paylaşımda deyilir: “12 hərbçinin cəsədlərinin qalıqları aşkarlanıb. Hərbi cinayətlər haqqında danışanların diqqətinə: Birinci Qarabağ müharibəsi dövründə 4000 azərbaycanlı itkin düşüb, onların əksəriyyətinə işgəncə verilib, öldürülüb və kütləvi qəbistanlıqda dəfn edilib”.

İstinadlar Qafqazinfo