Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

Hadisə Lənkəran-lerik yolunun 51-ci km-də baş verib.

Belə ki, Lerik rayonu, Cəngəmiran kənd sakini Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi pikap tipli minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, bir nəfər ölüb, avtomobildə olan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Ölən şəxsin İsmayıllı rayon sakini olduğu, Lerikdə usta kimi çalışdığı bildirilir.

Hadisəyə yolun sürüşkənliyinin səbəb olduğu ehtimal edilir.

İstinadlar Report