“Polşanın Ukrayna münaqişəsində iştirakı NATO tərəfindən Üçüncü dünya müharibəsinin başlaması demək olacaq”.

Bunu Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, “LDPR” partiyasının lideri Leonid Slutski Polşanın Fransadakı səfirinin bəyanatını şərh edərkən deyib.

“Polşanın Ukrayna münaqişəsində birbaşa iştirakı – Kiyevin məğlubiyyəti və ya onun təslim olmasından asılı olmayaraq – NATO tərəfindən Üçüncü dünya müharibəsinin başlaması demək olacaq. Alyansın üzvü olan ölkələrin paytaxtlarında səhv başa düşülə bilməyən həqiqət”-deyə, o bildirib.

Leonid Slutski onu da qeyd edib ki, belə bir ssenari alyans ölkələrini cəlb etmir, çünki Polşa səfirliyi bu bəyanatları təkzib edib.

İstinadlar Report