
Fransada yaşayan erməniəsilli jurnalist Leo Nikolyanın Ermənistana girişinə qadağa qoyulub.
Nikolyan İrəvanın “Zvarnots” aeroportunda aclıq elan edib.
“Mən Ermənistandan getməyəcəyəm, elə buradaca, “Zvarnots” aeroportunda pasport yoxlanışı bölməsində aclıq elan edirəm”, – deyə jurnalist qeyd edib.
O bildirib ki, onun Ermənistana girişinin qadağan olunması ilə bağlı özünə hər hansı məlumat verilməyib: “Ola bilsin Voskepardakı (Əskipara – red.) hadisələri işıqlandırdığıma görə belə bir qərar verilib. Mən Voskeparda olmuşam”.
Nikolyan, həmçinin 1991-94-cü illərdə Azərbaycanın Qarabağ bölgəsində yaşadığını və orada yaralandığını qeyd edib.