TikTok hesabında mərhum qanuni oğru Rövşən Lənkəranskini təhqir etdiyinə görə bir nəfər üzr istəməyə məcbur edilib.

Yayılan videoda M.F. adlı şəxs dediyi sözləri təkrarlamağa məcbur edilir və bildirilir ki, Lənkəranski ilə bağlı söylədiklərinə görə üzr istəsin. Onlar M.F.-ya ən ağır təhqirlərlə üzr istədirlər. O, həmin şəxslərin təzyiqi ilə tutduğu əməldən peşman olduğunu və üzr istədiyini deyir, bir daha bu cür hallara yol verməyəcəyini söyləyir.

M.F.-nın üzr videosu da TikTokda yayılıb. 

Qeyd edək ki, daha əvvəl bənzər videolara görə üzr istəməyə məcbur edən şəxslər barəsində cinayət işi başladılıb. 

İstinadlar Qafqazinfo