Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb.

Lerik rayonunun Rvarud kənd sakini 1974 – cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Füzuli qızı Fərəcovanı vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində zəruri tibbi yardım göstərilərək özəl klinikanın birinə göndərilib.

İstinadlar Report