Lənkəranda mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var.
Hadisə Lənkəran-Boradigah magistralında, rayonun Ṣaqlaser kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Zövlə kənd sakini İdrak Şəfiyev idarə etdiyi 42-CE-908 dövlət qeydiyyat nişanlı “VAZ-2199” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən qarşıdan gələn 1961-ci il təvəllüdlü Əbülfət Mürvət oğlu Baxşıyevin idarə etdiyi 99-MK-642 dövlət qeydiyyat nömrə nişanlı “VİTA” markalı mikroavtobusla toqquşub. Hadisə nəticəsində “VAZ-2199” sürücüsü və sərnişin qismində avtomobildə olan qardaşı Ziyafət Şəfiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin versiyaya görə, hadisəyə səbəb yağışlı hava şəraiti olduğu bildirilir.