Lənkəranda evdə kişi meyiti tapılıb.
Axşam saatlarında Lənkəran şəhərinin Heydər Əliyev prospekti dalan 4, ev 11 ünvanında kişi meyiti aşkarlanıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Meyitə baxış zamanı onun 1973-cü il təvəllüdlü Vüqar Eldar oğlu Novruzov olduğu müəyyən edilib.
Yaxınları ondan 2-3 gündür xəbər olmadığını bildiriblər. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.