Lənkəranda 41 yaşlı qadın  bıçaqlanıb.

Hadisə bu gün Lənkəran şəhəri ərazisində baş verib.

Belə ki, Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova çoxsaylı bıçaq yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə baxmayaraq o, ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi  açılıb.

Surxay Şahbazov