Lənkəran rayonunda 35 yaşlı kişi su çəninin altında qalaraq ölüb

Sentyabrın 27-də saat 15.30-da Lənkəran rayonunun Nərimanabad qəsəbəsinin sakini, 1988-ci il təvəllüdlü Elvin Tariyel oğlu Əlizadənin yaşadığı ünvanda üstünə 6 metr hündürlükdə quraşdırılmış su çəni düşüb.

O, ailə üzvləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İstinadlar Report