Lənkəranda 32 yaşlı gənc qətlə yetirilib.

Lənkəran rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 26-sı saat 16 radələrində Lənkəran rayonu ərazisində 1990-cı il təvəllüdlü Samir Novruzovun öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1975-ci il təvəllüdlü Qulam Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Samir Novruzova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Qulam Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo