Lənkəranda 16 yaşlı qız itkin düşüb.

”Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, itkin düşən şəxs rayonun Zövlə kənd sakini, 2006-cı il təvəllüdlü kənd sakini Şahnaz Elşad qızı Hüseynovadır.

Yoldaşlarının dediyinə görə, o bu gün saat 12.30-da məktəbdən çıxıb. Qızlarının məktəbdən qayıtmadığını görən valideynləri narahat olublar. Onu hər yerdə axtarsalar da, heç bir məlumat ala bilməyiblər.

İstinadlar Report