MDB ölkələrində erkən səsvermənin seçki saxtakarlığına səbəb olması ilə bağlı iddialar yalandır.

Bunu Belarus parlament seçkilərində müşahidəçilər missiyasına rəhbərlik edən MDB-nin Baş katibi Sergey Lebedev deyib.

“Qərbdə MDB məkanında erkən səsvermənin tətbiq edilməsi ilə bağlı tək belarusları deyil, digərlərini də tənqid edirlər. Hazırda Belarusda və Rusiyada qarşıdan gələn prezident seçkilərində erkən səsvermənin tətbiq edləcəyi gözlənilir. İddialara görə, erkən səsvermə seçkiləri saxtalaşdırmaq üçün istifadə oluna bilər. Bu yalandır, qərəzli yanaşmadır. ABŞ-yə nəzər yetirsək, orada bir ay əvvəl erkən səsvermə tətbiq edilir”, – o bildirib.