Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağda əsirlərin dəyişdirilməsinə dair son vəziyyət barədə açıqlama verib.

Bu barədə o, Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında açıqlama verib.

“Rusiya Federasiyası, Ermənistan və Azərbaycan hərbçiləri hazırda Qarabağdakı münaqişədən sonra əsirlərin dəyişdirilməsi üçün adların siyahılarını dəqiqləşdirirlər”,- deyə Lavrov qeyd edib.

İstinadlar Qafqazinfo