
Xəzər regionu dövlətlərinin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) birgə işi Avrasiyada sabitliyin təmin olunmasına töhfə verir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov II Beynəlxalq Xəzər Rəqəmsal Forumunun iştirakçılarına videomüraciətində bildirib.
“Xəzər ölkələrin birgə fəaliyyəti Avrasiyada sabitliyin və dayanıqlı inkişafın təmin edilməsinə, beynəlxalq həyatın çoxqütblü prinsiplərinin möhkəmlənməsinə obyektiv töhfə verir”, – o bildirib.