
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio dünən baş tutan telefon danışığı zamanı Ukraynada sülhə aparan yolun razılaşdırılması məqsədilə danışıqlara başlamaq üçün ilkin şərtlərin konsolidə edilməsinin vacibliyini vurğulayıblar.
Bu barədə XİN-in bu gün yaydığı məlumatda bildirilib.
“Son vaxtlar xeyli fəallaşan Rusiya-ABŞ siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib. Əsas diqqət Ukrayna böhranı mövzusuna yönəldilib”, – məlumatda qeyd olunub.
Həmçinin bir sıra digər beynəlxalq məsələlərə də toxunulub.