ABŞ prezidenti Donald Tramp faşizm üzərində qələbənin 75 illiyi münasibətilə gələn ilin mayında keçiriləcək tədbirdə iştirak etmək üçün Rusiya Federasiyasına səfər təklifini nəzərdən keçirir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Rusiya xarici siyasət idarəsinin rəhbəri ABŞ prezidenti, habelə Birləşmiş Ştatların dövlət katibi ilə görüşüb.

Ağ Evdən bildirilib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrovla danışıqlarda həmçinin Çinlə münasibəti müzakirə edib. Tramp Pekinlə “dürüst” ticarətə ehtiyac olduğunu vurğulayıb.

“Prezident Tramp və nazir Lavrov həmçinin Çinlə münasibətləri müzakirə edib. Prezident Çinlə dürüst və qarşılıqlı sərfəli ticarət ehtiyacını vurğulayıb”, – Ağ Evdən qeyd edilib.

İstinadlar Report