“Rəsmi Moskva hesab edir ki, Bakı ilə Yerevan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son razılaşmalar kağız üzərində qalmayacaq”.

Bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov serbiyalı həmkarı İvitsa Daçiclə görüşündə bildirib.

“15 apreldə Moskvada Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşünün gedişatından belə ehtimal edirəm ki, həm Bakı, həm də Yerevan Dağlıq Qarabağla bağlı razılaşmaların bu dəfə kağız üzərində qalmamasında maraqlıdır. Biz bunun reallaşmasına kömək edəcəyik”, – deyə Lavrov bəyan edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan  aprelin 15-də Moskvada görüşüb. Görüşdə nazir Sergey Lavrov da iştirak edib.

İstinadlar Qafqazinfo