Rusiya ABŞ ilə nüvə müharibəsi istəmir və bunun qarşısını almaq üçün hər şeyi edir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“ABŞ ilə nüvə xarakterli ola biləcək müharibə barədə düşünmürük. Hərbi doktrinamız deyir ki, ən başlıcası nüvə müharibəsindən qaçmaqdır”, – Lavrov deyib. “Xatırladım ki, 2022-ci ilin yanvarında BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün liderlərinin bir-birimizin təhlükəsizlik maraqlarını və qorxularını tanıyaraq hörmət edərək aramızda qarşıdurmanın qarşısını almaq üçün hər şeyi edəcəyimizi bildirən birgə bəyanatının təşəbbüskarı olmuşuq. Bu, bizim təşəbbüsümüz idi”.

İstinadlar Report