Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağdakı həll prosesini siyasiləşdirməməyə çağırıb.

Lavrov bu barədə İrəvana rəsmi səfəri çərçivəsində Ermənistan XİN rəhbəri Ara Ayvazyanla görüşdən sonra keçirdiyi ortaq mətbuat konfransında bildirib.

“İndi prosesi siyasiləşdirməyə ehtiyac yoxdur. Proses olduqca çətin gedir, çünki bu bölgəni birləşdirən marşrutlar, regional əlaqələrin birləşdirilməsini təmin etməklə bağlı məsələlər həll olunur. Həmçinin təmas xətti, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri həll edilir. Bunlar bölgənin rahat nəfəs alması və dinc bir həyat sürməsi üçün həll edilməsi lazım olan praktik, anlaşılan şeylərdir”,- deyə S. Lavrov qeyd edib.

İstinadlar Qafqazinfo