Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Nazirlər söhbət zamanı Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı komissiyanın yaradılmasına dair məsələləri müzakirə ediblər.