“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan regional “3+3″ platforması getdikcə daha perspektivli olur”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşdə deyib.

“Prezident İlham Əliyevin Cənubi Qafqaz üzrə “3+3” regional platformasının formalaşdırılması təşəbbüsü artıq formalaşır, bu, həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlar barədə qiymətləndirmələrinizi eşitməyə şad olaram”, – o qeyd edib.