
Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanın İrəvana səfər dəvətindən istifadə edəcəyini bildirib.
Bunu Rusiya XİN başçısı Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
“Mən mütləq İrəvana səfər dəvətindən istifadə edəcəyəm. Həmçinin nazir müavinləri arasında dialoqun müntəzəmliyini bərpa edəcək və dəstəkləyəcəyik”, – o bildirib.
S.Lavrovun sözlərinə görə, tərəflər yaxın vaxtlarda diplomatik qurumlar arasında növbəti ikiillik məsləhətləşmələr planını hazırlamaq barədə razılığa gəliblər.