Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Məlumatı “CNNTurk” yayıb.

Nazirlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində silahlı qarşıdurma ilə bağlı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, M.Çavuşoğlu ilə S.Lavrov arasında sonuncu telefon danışığı sentyabrın 27-də olub.