Rusiya XİN rəhbəri Sergey Lavrov Ərdoğanın Azərbaycanda Türkiyə hərbi bazasının ola biləcəyi ilə bağlı sözlərinə münasibət bildirib.

Azərbaycan 24 xəbər verir ki, Lavrov bunu ‘boş söz-söhbət’ adlandırıb və ‘şayiələri şərh etmirik’ söyləyib.

 

Xatırladaq ki, Ərdoğan bir gün öncə Azərbaycanda Türkiyə hərbi bazasının mümkünlüyünə işarə etmişdi:

”Hər şey ola bilər. Bu məsələni Əliyev Putinlə müzakirə etməlidir. Bu işin həll yolu danışıqlardan asılıdır”