Latviya Mərkəzi Seçki Komissiyası şənbə günü Seymə (birpalatalı parlament) keçirilən növbəti seçkilər üçün bülletenlərin hesablanmasını saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00) başa çatdırıb.

Bütün 1 055 seçki məntəqəsinin səsləri nəzərə alındıqdan sonra partiya və birliklərin 19 seçki siyahısı ilə bağlı vəziyyət bazar günü səslərin hesablanması zamanı olduğu kimi, demək olar, eyni qalıb.

Qələbəni Latviyanın Baş naziri Krişyanis Karinşin “Yeni Birlik” Partiyası qazanıb. Bu sağ mərkəzçi siyasi qüvvə 18,97 % səs və 100 deputat mandatından 26-sını toplayıb. Lakin belə uğur onun təkbaşına idarə etməsinə imkan vermir. Partiya çoxluq yaratmaq üçün koalisiyaya qoşulmalı olacaq.

Siyahıda ikinci yerdə 12,44 % səs və 16 mandatla “Yaşıllar və Kəndlilər İttifaqı” qərarlaşıb. Demək olar ki, eyni nəticəni (11,01 %, 15 mandat) “Birləşmiş Siyahı – Latviya Yaşıllar Partiyası” siyasi bloku, “Latviya Regionlar Assosiasiyası”, Liepay Partiyası əldə edib.

İstinadlar Report