
Latviyada müdafiə xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 5%-nə çatdırmaq məqsədi ilə yaxın gələcəkdə dövlət büdcəsində vəsaitlərin optimallaşdırılacağı açıqlanıb.
Bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs bildirib.
“Bu, xərclərin azaldılması ilidir. İxtisarların qəbuledilməz olduğu yeganə sahə təhlükəsizlikdir. Bəzi xərcləri azaltmaqla həll yollarını tapmalı olacağıq”, – o qeyd edib.
Rinkeviçsin sözlərinə görə, bu məsələ ABŞ ilə danışıqlardan asılı olacaq.