Belarusda qeydiyyatda olan və Latviyada istifadə olunan minik avtomobilləri 31 oktyabra qədər ölkə ərazisini tərk etməlidir.
Bu barədə Latviya parlamentinin saytında yerləşdirilən bəyanatda deyilir.
“Sentyabrın 10-da Seymdə yekun oxunuşda “Yol hərəkəti haqqında” Qanuna təcili hesab edilən düzəlişlər təsdiqlənib”, – məlumatda bildirilir.
Minik avtomobillərinin çıxarılması Avropa İttifaqının (Aİ) əvvəllər tətbiq etdiyi sanksiyaların davamı kimi yerinə yetiriləcək.
Qanuna edilən düzəlişlərə əsasən, əgər nəqliyyat vasitəsi çıxarılmasa, müsadirə olunacaq.