Latviya Ukraynaya 500-ə yaxın pilotsuz uçuş aparatı verəcək. Onlar artıq göndərilməyə hazır vəziyyətdədir.

Bu barədə Latviyanın müdafiə naziri Andris Spruds sosial şəbəkələrdə məlumat verib.

“Növbəti PUA paketi hazırdır! 500-ə yaxın Latviya istehsalı olan dron müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməkdə ukraynalılara dəstək olacaq”, – o yazıb.

İstinadlar Report