
Latviya hakimiyyəti Ukraynadan olan qaçqınların latış dilini öyrənməsi üçün təxminən 4,7 milyon avro ayırıb.
Bu barədə “Delfi” portalı məlumat yayıb.
Məlumata görə, kurslar qaçqınlar, o cümlədən Ukrayna ərazisində orta təhsil almış yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulub. 2025-ci ildə 6375 nəfərə yaxın ukraynalının latış dili kurslarında pulsuz iştirak edə biləcəyi planlaşdırılır.
Latviyada ukraynalı qaçqınlara latış dilinin öyrədilməsi proqramı 2022-ci ildən həyata keçirilir.