Latviya ölkənin kənd təsərrüfatı istehsalına daxil olmayan Azərbaycan məhsullarının ixracını dəstəkləmək niyyətindədir.

Bunu “Report”a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.

“Bu həftə Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Bakıya gəlib. Nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Əsas vəzifə ixrac və idxalın, eləcə də Azərbaycanla ticarət mübadiləsinin təşviqini müzakirə etmək idi. Latviya Azərbaycanla əla tərəfdaşlıq münasibətlərinə malikdir”, – o bildirib.

İstinadlar Report