
Latviya Rusiyanın 100-dən çox vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib.
Bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç tviter səhifəsində bildirib.
Giriş qadağası qeyri-müəyyən müddətə tətbiq edilir, siyahıya Rusiyanın bir sıra mədəniyyət nümayəndələri daxildir.
Ümumilikdə siyahıya 102 nəfər əlavə olunub.