Latviya fevralın 24-dən etibarən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini azaldacaq.

Bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb.

O bildirib ki, bu, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə etiraz olmaqla yanaşı, həm də Estoniya ilə həmrəylik əlamətidir.

Nazir, həmçinin Rusiyadan da oxşar addımı tələb edəcəyini qeyd edib.

İstinadlar Report