Latviyanın hakim koalisiyası Rusiya vətəndaşları üçün müvəqqəti yaşayış icazələrinin uzadılması prinsiplərini dəyişdirməyə razılaşıb – gələcəkdə onlar nadir hallarda uzadılacaq.

Bu barədə çərşənbə axşamı keçirilən mətbuat konfransında Latviyanın Baş naziri Krisyanis Karins bildirib.

Onun sözlərinə görə, məsələn, həyat yoldaşlarına görə olan daimi yaşayış icazələrinin bundan sonra yalnız dövlət dili imtahanından uğurla keçənlərə verilməsi qərara alınıb.

K.Karins yaxın həftələrdə hökumətdə müvafiq qərarların veriləcəyini vurğulayıb.

Baş nazir qeyd edib ki, artıq Rusiya vətəndaşlarına müstəsna hallar istisna olmaqla, viza verilmir, yaşayış icazəsi isə praktiki olaraq verilmir.

İstinadlar Report