Ötən il dekabrın əvvəlində bağlanan Suriyanın Latakiya və Qamışlı şəhərlərinin hava limanları azı fevralın 15-dək təyyarələri qəbul etməyəcək.

Bu barədə “Dəməşq” uçuş-informasiya ərazisinin dispetçer xidmətindən bildirilib.

“Fevralın 15-i axşama qədər Latakiya və Qamışlı hava limanlarına bütün uçuşlar, eləcə də oradan bütün uçuşlar təxirə salınıb”, – agentliyin mənbəsi deyib.

O xatırladıb ki, hava limanları ötən il dekabrın 8-də ölkədəki vəziyyətlə əlaqədar bağlanıb. Onlarla yanaşı, ölkənin ən böyük hava limanları – Dəməşq və Hələbdəki aeroportlar da bağlanıb, üstəlik, Suriya hava məkanından üçüncü ölkələrə uçuşların tranziti də dayandırılıb. Daha sonra tranzit bərpa olunub, yanvarın 7-dən isə həm Suriya, həm də xarici aviadaşıyıcılar tərəfindən Dəməşqdən beynəlxalq reyslər həyata keçirilməyə başlanılıb.

İstinadlar Report