KXDR yeni özünüidarəetmə naviqasiya sistemi ilə taktiki ballistik raketin eksperimental buraxılışını həyata keçirib.

Bu barədə “Koreyanın səsi” radiosu məlumat yayıb.

“KXDR-in Raket İstehsalı Baş İdarəsi Şərq dənizində yeni özünüidarəetmə naviqasiya sisteminin tətbiq olunduğu taktiki ballistik raketin eksperimental buraxılışını həyata keçirib”, – məlumatda deyilir.

Qeyd olunur ki, KXDR lideri Kim Çen Inın iştirak etdiyi sınaqlar mayın 17-də baş tutub. Şimali Koreya hərbçiləri Vonsan şəhərinin ətrafından bir neçə qısa mənzilli raket buraxıblar. Raketlər təxminən 300 km uçub və Yaponiya dənizinə düşüb.

Bundan əvvəl “Yonhap” agentliyi Şimali Koreyanın Yapon dənizinə ballistik raket atdığını bildirib.

İstinadlar Report