Şimali Koreya Yapon dənizinə 3 ballistik raket atıb.

Raketlər Pxenyan yaxınlığındakı Sunan ərazisindən atılıb.

NHK telekanalının müdafiə idarəsindəki mənbələrə istinadən verdiyi məlumata görə, KXDR tərəfindən buraxıldığı iddia edilən üç ballistik raketdən ikisi Yaponiyanın Yapon dənizindəki iqtisadi zonasından kənara düşüb.

Üçüncü raketin düşdüyü ərazi ilə bağlı hələ məlumat daxil olmayıb. Yaponiya Müdafiə Nazirliyi həyata keçirilən sınaqlarla bağlı məlumat toplamaqda davam edir.

Yaponiya Sahil Mühafizəsi bölgədəki balıqçı qayıqlarına xəbərdar edərək, ehtiyat tədbirləri görmələrini və raket qalıqları aşkar edilərsə onlardan uzaq olmalarını tövsiyə edib.

İstinadlar Report