KXDR çərşənbə axşamı Yapon dənizinə mərmi atıb.

Naməlum mərmi buraxılıb. Onun haqqında başqa heç bir məlumat verilmir.

Yaponiyanın Sahil Mühafizəsi öz növbəsində, KXDR-in Yapon dənizinə ballistik raket buraxdığını bildirib və raketin ərazidəki balıqçı gəmilərinə düşmə riski barədə xəbərdarlıq edib.

Yaponiyanın baş nazirinin dəftərxanası yanında KXDR-in ehtimal edilən ballistik raket buraxması ilə əlaqədar böhran qərargahı yaradılıb. Bu barədə NHK telekanalı məlumat verib.

İstinadlar Report