Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb.
Bu barədə “Yonhap” agentliyi xəbər yayıb.
Hələlik təfərrüatlar açıqlanmır.
Öz növbəsində Yaponiya Müdafiə Nazirliyi də ballistik raketin Şimali Koreyadan buraxılma ehtimalını bəyan edib.
Yaponiyanın sahil mühafizəsi bazar ertəsi saat 07:54-də (Bakı vaxtı ilə saat 02:54) elan edib ki, ehtimal olunan ballistik raket artıq yerə düşüb.