
KXDR Yapon dənizi istiqamətində naməlum mərmi atıb.
“Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (mərmi buraxılışı barədə- red) məlumat yayıb”, – agentlik xəbər verib.
Qeyd edilir ki, mərmi Yaponiya iqtisadi zonası sərhədində dənizə düşüb. Hərbçilər mərmi haqqında əlavə məlumatları təhlil edir.
Bu, KXDR-in 2022-ci ildə silahlarının ikinci sınağıdır. Əvvəlki hadisə yanvarın 5-də baş verib. Şimali Koreya daha sonra 700 kilometr uçan və hədəfi dəqiq vuran səsdən sürətli raketi sınaqdan keçirdiyini açıqlayıb.