Şimali Koreyanın nümayəndə heyəti KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək ikinci görüşə hazırlıq üçün Hanoya gedib.

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə Kim Çen Ina yaxın şəxslərdən biri hesab olunan KXDR Dövlət Şurasının katibi Kim Çan Son rəhbərlik edir. Rəsmilər bu gün Pxenyandan müntəzəm reyslə Pekin Beynəlxalq Hava Limanına gəliblər, sabah isə Pekindən Hanoyan uçacaqlar.

İstinadlar Report