Koreya Xalq Demokratik Respublikası (KXDR) Koreya yarımadası ərazisində GPS siqnalını bloklamağa başlayıb.

Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb

Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi bildirib ki, KXDR-in cənubundakı Kesonq və Hedju şəhərlərinə yaxın ərazilərdə siqnalın kəsilməsi qeydə alınıb. Bunun Cənubi Koreyanın bir neçə gəmisinin və onlarla mülki aviasiya təyyarəsinin hərəkətinin pozulmasına səbəb olduğu vurğulanıb.

İstinadlar Report