
KXDR-in nümayəndəsi Şimali Koreya lideri Kim Çen Inın məktubunu ABŞ prezidenti Donald Trampa çatdıracaq.
Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
“Sədrin müavini Kim Yon Çxol Kim Çen Inın şəxsi məktubunu təqdim etmək üçün Vaşinqtona səfər etməyi planlaşdırır”, – deyə ABŞ rəsmisi bildirib.
Pompeo hesab edir ki, ABŞ-la KXDR arasında dialoq hər iki tərəf üçün sülh və tərəqqi baxımından tarixi imkandır.