Koreya Xalq Demokratik Respublikasında (KXDR) koronavirus (COVID-19) infeksiyasına 18 mindən çox yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, koronavirusa yoluxan 6 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, mayın 8-də Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti ölkədə ilk koronavirusa yoluxma halını müəyyən edib. Hadisə ilə əlaqədar KXDR lideri Kim Çen Inın da iştirak etdiyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası çağırılıb.

İstinadlar Report