ABŞ yalnız digər ölkələri təhdid etməkdən imtina etməklə özünü qoruya bilər.

Bu barədə KXDR Müdafiə Nazirliyinin nümayəndəsi amerikalı hərbçilərin Pxenyandan gələn təhlükə ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

“Əgər Birləşmiş Ştatlar həqiqətən öz ərazisinin təhlükəsizliyi ilə bağlı narahatlıq hiss edirsə, o zaman onu yüngülləşdirməyin yeganə yolu hərbi təhdidlərdən və müstəqil suveren dövlətlərə qarşı düşmənçilik siyasətindən ardıcıl olaraq əl çəkməkdir”, – hərbi departamentin nümayəndəsi qeyd edib.

O, həmçinin vurğulayıb ki, KXDR silahlı qüvvələrinin potensialının artırılması bütün cari və gələcək təhdidlərin effektiv qarşısını almağa imkan verir, regionda suveren dövlətin özünümüdafiə hüququ olan strateji paritetini təmin edir.

İstinadlar Report