
Şimali Koreya Xarici İşlər Nazirliyi əmin edib ki, KXDR Amerika Birləşmiş Ştatlarının istənilən hərbi əməliyyatına “ən sərt cavabı” verəcək.
KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Koreya yarımadasında və regionda hərbi-siyasi vəziyyət ABŞ-a görə “qırmızı xətt”ə çatıb.
Şimali Koreya “nüvə bombasınə qarşı nüvə bombası” prinsipi ilə fəaliyyət göstərəcək”, – Xarici İşlər Nazirliyi bildirib.